Katarjina “Rabitə”yə keçidinə münasibət bildirib
Polşa millisinin voleybolçusu Katarjina Skovronska “Rabitə”yə keçidinə münasibət bildirib. 30 yaşlı hücumçu Azərbaycan çempionunun heyətinə Çempionlar Liqasının qalibi olmaq üçün gəldiyini deyib: “Rabitə” ilə 1 illik müqavilə bağlamışam. Bu klubla arzumu gerçəkləşdirib, medal kolleksiyamda olmayan Çempionlar Liqasının qızılını qazanmaq istəyirəm. Mənim üçün həm də Avropaya qayıtmaq vacib idi. Çünki 2 il idi “Köhnə qitə”dən kənarda - çıxış edirdim. Bu qərarı verdiyim üçün xoşbəxtəm”

Xəbər 1000 dəfə oxundu.