Vinus 2-ci mərhələsinə yüksələ bilməyib
Vinus Uilyams Fransa açıq çempionatının 2-ci mərhələsinə yüksələ bilməyib.

İdman.com.az saytının məlumatına görə, amerikalı tennisçi ilk dövrədə Ursula Radvanskaya məğlub olub. Görüş 7-6,6-7,6-4 hesabları ilə Polşalı tennisçinin qələbəsi ilə başa çatıb. 2-ci raundda isə Ursulanın alman idmançısı Dina Pisenmayerlə qarşılaşacağı bildirilib.

Xatırladaq ki, Vinus "Böyük dəbilqə" turnirlərinin 7 qat qalibidir.


Aynurə

Xəbər 1135 dəfə oxundu.