Son turun rəmzi komandası
Topaz Premyer Liqasında 32-ci turun rəmzi komandası məlum olub. “Instat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən çempionatın son turunun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:

Qapıçı: Ruslan Məcidov (AZAL)
Müdafiəçilər: Kamil Nurəhmədov (AZAL), Tural Nərimanov (AZAL), Junior Ailton (AZAL), Ruslan Əmircanov (İnter)
Yarımmüdafiəçilər: Ruslan Tağızadə (AZAL), Oskars Klava (AZAL), Asif Məmmədov (İnter), Viktor İqbekoyi (AZAL)
Hücumçular: Mindauqas Kalonas (Rəvan), Ramil Mansurov (İnter)

Turun ən yaxşı oyunçusu AZAL-dan Viktor İqbekoyidi. Ötən turlarda olduğu kimi son turda da “Turan”ın futbolçusu David Janelidze qapıya ən çox zərbə vuran futbolçudu. Gürcü futbolçu həm də hava mübarizələrində uğurlu olub.

Paytaxt “İnter”inin makedoniyalı legioneri Slavço Georgiyevski və “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli ötürmələrdə ən dəqiq futbolçulardı.

“Simurq”dan Rəşad Eyyubov ən çox top itkisinə yol verən, “İnter”li Brüs Abdulaye isə əksinə – ən çox topa yiyələnən oyunçu adını qazanıb.
“Neftçi”nin braziliyalı oyun qurucusu Flavio Aleks Valensio ən çox driblinq edən futbolçudu. “Rəvan”dan Mindauqas Kalonas tur ərzində hamıdan çox – 7 dəfə qayda pozuntusuna yol verib.

Xəbər 832 dəfə oxundu.