“Beşiktaş”ın sabiq baş məşqçisi Bakıda
“Beşiktaş” klubun sabiq baş məşqçisi Samet Aybaba mayın 28-də Tofiq Bəhrəmov adına Respublika stadionunda “Neftçi” – “Xəzər Lənkəran” matçını izləmək üçün Azərbaycana gəlir. Təcrübəli mütəxəssis bu gün Bakıya təşrif buyuracaq.

Daha sonra isə onun bir neçə görüşləri də nəzərdə tutulub. Lakin mütəxəssisin ölkəmizə hansı səbəblərdən dolayı gəlməsi açıqlanmır.

Xəbər 841 dəfə oxundu.