Ançelotti 3 iyunda «Real»da
«Real»ın prezidenti Florentino Peres komandanın yeni baş məşqçisinin adını iyunun 3-də elan etməyi planlaşdırır. «Marca»nın yazdığına görə, bu ad Karlo Ançelotti olacaq. İtaliyalının məşqçilər qərargahına Fransa futbolunun əfsanəsi Zinədin Zidan da daxil olacaq.

İdman.com.az saytı xəbər verir ki, iyunun 2-də «Real»ın mövsümdə son oyununu keçirəcəyi gün klubun prezident seçkiləri də keçiriləcək. Peres bu vəzifəyə yeganə namizəddir.

Xəbər 906 dəfə oxundu.