Maurinyunun «Çelsi» planları
«Real»ın baş məşqçisi kürsüsünü tərk edən Joze Maurinyu artıq gələn mövsüm üçün «Çelsi» ilə bağlı planlar qurur. İdman.com.az saytı xəbər verir ki, onun əsas transfer məqsədi «Real»ın yarımmüdafiəçisi Sami Xedira olacaq. Portuqaliyalı mütəxəssis güclü dayaq yarımmüdafiəçinin komandaya müdafiədəki zəifliyi aradan qaldırmağa kömək edəcək. Cari mövsümdə «Çelsi» güclü rəqiblərlə oyunlarda, xüsusən də Çempionlar Liqasında bu xəttdə çox zəif görünürdü.

26 yaşlı Xediranın dəyəri 20 milyon funtdan aşağı olmayacaq. Almaniya yığmasının futbolçunun 2010-cu ildə «Real»a gətirilməsinin təşəbbüskarı da məhz Joze olmuşdu. Yeni mövsümdə 30 yaşlı Maykl Essyknnin də «Çelsi»nin bir parçası olacağı gözlənilir. Futbolçu hazırda «Real»da icarə əsasında oynayır. Kevin De Brüynün gələcəyi isə hələ ki, sual altındadır.

Maurinyo onu Dortmund «Borussiya»sından Robert Levandovskini gətirmək üçün bir vasitə kimi istifadə etmək istəyir. 26 yaşlı David Luiz də, çox güman ki, transferə çıxarılacaq. Futbolçunun satışından 25 milyon funt qazanc gözlənilir. «Real» və «Barselona» da Maurinyonun son qərarını gözləyirlər. «Çelsi» ilə bağlı «Şalke»dən müdafiəçi Kiryakos Papadopulos və «Real»ın arxa xətt oyunçusu Rafael Varanın da adları hallanır.

Xəbər 836 dəfə oxundu.