“Synergy Baku” liderliyini davam etdirir
İrlandiyada "An Post Rás 2013" çoxgünlük velosiped yarışında iştirak edən "Synergy Baku" komandası, öz uğurlu çıxışını davam etdirir. İdman.com.az saytı avif.az-a istinadən xəbər verir ki, 6-cı turun yekununa əsasən, avstraliyalı təmsilçimiz Riko Rocers finiş xəttinə birinci çataraq, kollektivə növbəti uğur gətirib. Komandamızın digər üzvləri Konnor MakKonvey finiş xəttini 11-ci, Kiril Pozdnyakov 35-ci, Con Ebsen isə 37-ci, Kristof Şveyzer isə 44-cü keçib.

6 turdan sonra idmançıların ümumi təsnifatında Konor MakKonvey öz ikincilik mövqeyini qoruyub saxlamaqda davam edir. Bundan əlavə, beynəlxalq komandaların ümumi təsnifatında 6 mərhələdən sonra Azərbaycanın “Synergy Baku Cycling Project” velosiped komandası lider mövqeyində qərarlaşmışdır.

Qeyd edək ki, “An Post Rás 2013” çoxgünlük velosiped yarışı UCI-nin 2.2 kateqoriyalı yarışı hesab edilir və 8 mərhələdən ibarətdir.

Xəbər 924 dəfə oxundu.