Ən yaxşı futbolçusu SMS-lə müəyyənləşəcək
Azərbaycan kubokunun final oyununun ən yaxşı futbolçusu SMS səsverməsi vasitəsi ilə müəyyən olunacaq. İdman.com.az saytı xəbər verir ki, ən yaxşı futbolçuya səs vermək üçün final oyunu başlayan andan bitənədək bütün mobil operatorlardan 9192 nömrəsinə futbolçunun çıxış etdiyi komandanın baş hərfini və qeyd olunmuş forma nömrəsini (məs. n 11, x 16) göndərmək kifayətdir. Səsvermənin nəticələri final oyunu bitən kimi PFL nümayəndəsi tərəfindən elan olunacaq.

Xəbər 941 dəfə oxundu.