Dmitri Kramarenko karyerasını başa vurub
Daha bir futbolçumuz karyerasını başa vurub. Milli komandamızın sabiq qapıçısı Dmitri Kramarenko yaşıl meydanlarla vidalaşıb. Bu səbəbdən o, «Simurq»dan da ayrılıb.

Ancaq Dima futboldan ayrılmayacaq. Belə ki, o, «Qəbələ»nin qapıçılarla işləyən məşqçisi, yəni Yuri Syominin köməkçisi ola bilər. Bölgə klubu Kramarenkoya təklif göndərsə də, rəsmi müqavilə hələ imzalanmayıb.
Qeyd edək ki, 38 yaşlı Dima karyerası ərzində ölkəmizdə «Dinamo» (Bakı), «Neftçi», «Karvan», «Xəzər Lənkəran», «İnter», «Simurq», Rusiyada isə «Dinamo» (Moskva), «Torpedo» (Moskva), «Alaniya», ÇSKA (Moskva), «Baltika» (Kalininqrad) və «Terek» klublarında forma geyinib. Qolkiper 1992-2005-ci illərdə millimizdə 33 oyun keçirib.

Xəbər 1119 dəfə oxundu.