David Petrkeviç yeni müqavilə təklifini qəbul etməyib
«Simurq»un qapıçısı David Petrkeviç yeni müqavilə təklifini qəbul etməyib. Polşalı qolkiper komandanı tərk edib.

Zaqatala klubu müqaviləsi başa çatan polşalı qolkiperə yeni sözləşmə təklif edib. Lakin o, bundan imtina edərək, «Qəbələ»yə keçib.

Qeyd edək ki, Petrkeviç «Simurq»a yayda keçmişdi. Gəldiyi gündən əsas qapıçıya çevirilən David komandanın Premyer Liqadakı 32 oyunundan 28-də qapını qoruyub.

O, əvvəllər Polşanın «Poloniya» (Varşava), «Stal», Sloveniyanın «NK Primorje» və Çexiyanın «Banik» klublarında çıxış edib, Polşa U-19-nun formasını geyinib.

Xəbər 951 dəfə oxundu.