Torres komandasını dəyişmək istəmir
"Çelsi"nin hücumçusu Fernando Torres komandasını dəyişmək fikrində olmadığını bildirib: "Çelsi"də karyeram asan keçməyib. Mətbuatla da münasibətlərim yaxşı olmayıb. Amma klubda mənə hər zaman dəstək olublar, buna görə onlara çox minnətdaram. Son vaxtlar "Çelsi"dən gedəcəyim haqqında danışılır. Bu normaldı, şayiələr hər zaman var. Amma mən heç yerə getmək istəmirəm, klub da məni buraxmaz"

Xəbər 618 dəfə oxundu.