“Qalatasaray” ilk transferini reallaşdırıb
Alper Potuku komandaya gətirmək istəyi boşa çıxan “Qalatasaray” ilk transferini reallaşdırıb.

“Cim-Bom” “Lill”də çıxış edən Aurelien Çedcounu heyətinə qatıb. Kamerunlu müdafiəçi komanda ilə 4 illik müqaviləyə imza atıb. 28 yaşlı futbolçuya illik 2,2 milyon avro, hər oyuna görə isə 10 min avro ödəniləcəyi açıqlanıb. Oyunçunun transfer qiymətinin isə 6,5 milyon avro olduğu söylənilib.

Qeyd edək ki, "Fənərbaxça" da bu futbolçunu heyətinə qatmaq istəyirdi.

Xəbər 817 dəfə oxundu.