“Neftçi” istirahətə çıxacaq
Azərbaycan kubokunun final oyunundan sonra “Neftçi” istirahətə çıxacaq. Komandanın millilərə dəvət edilməmiş üzvləri mayın 29-dan etibarən dincələcəklər.

Paytaxt klubu iyunun ortalarında yığışacaq. Bakıda olacaq tibbi müayinədən sonra “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmaq üçün Avstriyaya gedəcək. Toplanış iyunun 17-də başlanacaq. Həmin vaxt komandanın düşərgəsinə bir neçə futbolçunun cəlb ediləcəyi istisna olunmur.

Xəbər 897 dəfə oxundu.