Bu gün avtomaşınların və motosikletlərin iştirakı ilə şou olacaq
Bu gün saat 22:00-da Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) yol patrul xidməti avtomaşınlarının və motosikletlərinin iştirakı ilə şou və Yaponiyadan dəvət edilmiş incəsənət ustası Sakakura Katsuminin iştirakı ilə “Hər kəs qaranlıqda görünməlidir” adlı teatr tamaşası keçiriləcək.

Sonra Avroviziya müsiqi yarışmasında təmsilçilərimiz Eldar Qasımov və Farid Məmmədovun iştirakı ilə konsert proqramı təşkil olunacaq.
Tədbirin acılışında Gənclər və İdman Naziri Azad Rəhimov, Daxili İşlər Nazirliyinin rəsmiləri iştirak edəcəklər.

Xəbər 2323 dəfə oxundu.