Bekhemə yeni təkliflər
Bir neçə gün öncə karyerasını bitirən İngiltərə futbolunun canlı əfsanəsinin bundan sonra nə işlə məşğul olacağı haqda konkret məlumat yoxdu.

Məşhur simaya edilən təkliflərin ardı-arası kəsilmir.

Yaponiya televiziyalarından biri Bekhemə “Talk Show” aparıcısı olmağı təklifi edib. Teleşirkət ona 6,5 milyon avro verməyə hazırdı. Yaponiya ilə yanaşı, Amerikanın məşhur “NBC” kanalı da Bekhemə proqram aparıcısı olması ilə bağlı müraciət edib.

Devid isə hələlik bu təkliflərə reaksiya verməyib.

Xəbər 846 dəfə oxundu.