"Borussiya"da final öncəsi böyük itki
“Bavariya” ilə Çempionlar Liqasının finalında qarşılaşacaq Dortmund “Borussiya”sında Mario Götzenin finalda oynamayacağı bildirilib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytında verilən açıqlamada yarımfinalda oynunda zədələnən və zədəsinin hələ də sağalmaması səbəbi ilə Mario Götze 25 mayda baş tutacaq “Bavariya” oyununda forma geyinə bilməyəcək.

Alman futbolçu da komandasına kömək edə bilməyəcəyinə görə üzgün olduğunu bildirib:

“Finalda oynaya bilmək üçün çox çalışdım, amma alınmadı. Komandama kömək edə bilməyəcəyimə görə çox üzgünəm. Londona gedib komanda yoldaşlarıma dəstək olacam.”

Xəbər 830 dəfə oxundu.