“Neftçi” kapitanı ilə yenidən anlaşıb
“Neftçi” kapitanı ilə yenidən anlaşıb. Flaqman kapitan Rəşad Sadiqovla anlaşmanın müddətini 2 il artırıb. Bununla bağlı klubun rəsmi saytın danışan Sadiqov başqa aparıcı klubların onu istədiyini dilə gətirib:

“Premyer Liqada diqqətimizi yalnız çempionluğa yönəltmişdik və nəticədə bunu bacardıq. İnanıram ki, ölkə kubokunu da qazanacağıq. “Neftçi” ilə yeni müqavilə bağlamağım mənə əlavə stimul verir. Məni heyətində ölkənin digər aparıcı klubları israrla görmək istəyirdi. Bir futbolçu kimi mənim üçün maddi məsələlərdən daha önəmli məqamlar var. “Neftçi”dəki abu-hava, bizə göstərilən qayğı və burada qazandığım uğurlar fikrimcə, daha vacibdi. Azərbaycanın ən köklü və titullu klubunda çıxış etmək qürurvericidi. Klub rəhbərliyinin göstərdiyi etimadın müqabilində əlimizdən gələnin ən yaxşısını etməliyik.

Azarkeşlərimizin də dəstəyi ilə avrokuboklardakı uğurumuzun davamını gətirəcəyimizə ümid edirəm”.

Xəbər 830 dəfə oxundu.