Millimiz “Latsio”ya rəqib oldu
İtaliyanın Piza şəhərindəki “Toscana Football Cup 2013” turnirində yarımfinal mərhələsinin püşkü atılıb. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibi müəyyənləşib.

Arif Əsədovun yetirmələri İtaliyanın “Latsio” klubu ilə görüşəcək. Matç bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Digər cütdə isə “Udineze” və “Torino” üz-üzə gələcək.

Xəbər 822 dəfə oxundu.