Mourinyo
Cari mövsüm 24 qolla Türkiyə Superliqasının bombardiri olan və Çempionlar liqasında 8 qol vuran "Qalatasaray"ın hücumçusu Burak Yılmazla bağlı bir transfer xəbəri daha yayılıb. İngiltərənin "Çelsi" klubu futboçuya 20 milyon funt sterlinq təklif edib.

İngiltərənin "The Guardian" qəzetinin yazdığına görə, Roman Abramoviçin klubu "Qalatasaray" rəhbərliyinə zəng vuraraq bu transferdə son dərəcə ciddi olduqlarını deyib.

Digər tərəfdən mətbuat onu da iddia edir ki, "Çelsi"yə keçəcəyi gündəmdə olan "Real"ın baş məşqçisi Joze Mourinyo ÇL-də "Qalatasaray"a qarşı oynarkən Burakı çox bəyənib və ingilis klubuna xəbər göndərərək "bu oyunçunu çox bəyəndim. Mütləq almalıyıq" deyib.

Xəbər 1260 dəfə oxundu.