«Çelsi» 30 milyon qazanmaq istəyir
London «Çelsi»sinin rəhbərliyi ispan hücumçusu Fernando Torresi 30 milyon funta satmağa hazırdır.

«The Sun» nəşrinin məlumatına görə, paytaxt klubunun gələcək baş məşqçisi Joze Maurinyo satışdan götürəcəyi pulla «Napoli»nin forvardı Edinson Kavani və «Bayer»in hücumçusu Andre Şürrleni sıralarına qatmağa imkanı əldə etmək istəyir.

Torresə gəldikdə, ispan ulduz «göylər»in sırasına 2011-ci ildə 50 milyon funt müqabilində «Liverpul»dan keçib. O vaxtdan 29 yaşlı futbolçu «Çelsi»nin formasında 130 oyun keçirib və 34 qol vurub.

Xəbər 878 dəfə oxundu.