Pelleqrini 3-illik müqavilə imzalayacaq
«Malaqa»nın baş məşqçisi Manuel Pelleqrini mövsümün sonunda «Mançester Siti»nin başına keçəcək. «Sky Sports»un məlumatına görə, çilili mütəxəssisin «şəhərlilər»lə müqaviləsi 3 il müddətinə nəzərdə tutulacaq. Daha öncə belə bir xəbər verilmişdi ki, «Mançester Siti» Pelleqrini ilə müqaviləsini pozmaq üçün ispan təmsilçisinə 4 milyon avro ödəməyə hazırdır.

Xəbər 994 dəfə oxundu.