Bekhem klub sahibi ola bilər
Futbolçu karyerasını başa vurmasını elan edən Devid Bekhem Şimali Amerikanın MLS çempionatına dönə bilər. Ancaq futbolçu kimi deyil, klub sahibi kimi. «Sky Sports»un yazdığına görə, Devid 2007-ci ildə «Los Anceles Qelaksi» ilə müqavilə imzalayanda, gələcəkdə MLS-ə öz şəxsi klubunu almaq hüququnu da əldə etmişdi.

MLS rəhbərliyi liqanın 20-ci üzvü kimi Nyu Yorkdan olan klubun çıxış etməsini istəyəir. Belə bi r klubu «Mançester Siti»nin sahibi şeyx Mənsur yaratmaq arzusundadır.

Məhz Bekhem də yeni klubuna 25 milyon avro qoyaraq, MLS-ə komanda çıxarmaq hüququnu əldə etmək üçün danışıqlar aparır. Ancaq ingilis futbolçu komandasının Nyu Yorkda yerləşməsini istəmir. Hazırda məhz bu məsələ ətrafında müzakirələr gedir.

Xəbər 795 dəfə oxundu.