AFFA «Neftçi»nin futbolçusunu mükafatlandırdı
26 qolla «Kapital Bank U-15 Liqa»nın 2011-2012-ci il mövsümünün bombardiri olmuş «Neftçi»nin futbolçusu Emil Həsənzadə bu gün AFFA tərəfindən mükafatlandırılıb. Mərasim futbolçunun təhsil aldığı 277 saylı idman təmayüllü tam orta məktəbdə baş tutub.

Tədbirdə məktəbin direktoru Ayaz Süleymanov çıxış edərək rəhbərlik etdiyi məktəbin şagirdinin belə uğur qazanmasından böyük sevinc hissi keçirdiklərini deyib və tədbirin məktəbdə təşkil olunmasına görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov ölkəmizdə futbolun inkişafı məqsədilə müxtəlif turnirlərin təşkil edildiyini, «Kapital Bank U-15 Liqa»nın da belə turnirlərdən olduğunu deyib. Çıxışlar başa çatdıqdan sonra Emil Həsənzadəyə AFFA-nın hədiyyələri təqdim olunub.

Xəbər 868 dəfə oxundu.