Yeniyetmə qızlar Avropa çempionatına İsmayıllıda hazırlaşacaq
Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komanda 2013-cü il üçün nəzərdə tutulan təqvim planına əsasən, 18-23 iyun 2013-cü il tarixdə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Çempionata hazırlıq məqsədilə, yığma komandanın üzvləri üçün, 27 may-3 iyun tarixlərində İsmayıllı Olimpiya İdman Kompleksində ümumi-fiziki hazırlıq və təlim-məşq toplanışı keçiriləcək.

TMT-da böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın rəhbərliyi altında 12 güləşçi iştirak edəcək.

1. Ülkər Babayeva 38 kq
2. Türkan Nəsirova 43 kq
3. Sona Tumarxanova 46 kq
4. Gülcahan Hacıyeva 46 kq
5. Sabina Həmzəlzadə 49 kq
6. Şəbnəm Əhmədova 49 kq
7. Leyla Orucova 52 kq
8. Tatyana Varantsova 52 kq
9. Ləman Qurbanova 56 kq
10. Sahilə Ocaqverdiyeva 56 kq
11. Rəhilə Quluzadə 60 kq
12. Anita Kələntərova 65 kq

Xatırladaq ki, bir neçə gün öncə Antalyada keçirilən "Zəfər Kuboku" beynəlxalq turnirində iştirak edən yeniyetmə qızlar 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb və komanda hesabında turniri 3-cü sırada tamamlayıb. Qızıl medalları Ülkər Babayeva (38 kq), Sona Tumarxanova (46 kq) və Şəbnəm Əhmədova (49 kq) qazanarkən, Ləman Qurbanova (56 kq) gümüş medalla kifayətlənib. Türkan Nəsirova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Leyla Qurbanova və Tatyana Vorontsova (hər ikisi 52 kq) turniri bürünc medalla başa vurub.

Xəbər 920 dəfə oxundu.