«Neftçi» – «Xəzər Lənkəran» oyununa təyinatlar açıqlandı
Azərbaycan Kubokunun final oyununa AFFA nümayəndəsi və hakim-inspektor təyinatı açıqlanıb. Matçın təşkilinə Elbrus Abbasov nəzarət edəcək, hakimlərin işinə Əli Hüseynov qiymət verəcək.
Qeyd edək ki, kubokun finalı mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılama saat 20.00-da başlayacaq.

Xəbər 789 dəfə oxundu.