"Neftçi" çempion oldu
U-14 Liqasının 2012/2013-cü il mövsümünə yekun vurulub.

İdman.com.az saytı xəbər verir ki, final oyununda "Neftçi"nin 14 yaşlılardan ibarət komandası və "Bakı" ilə üz-üzə gəlib. Oyunda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib.

Zərbələri daha dəqiqliklə vuran "Neftçi" 5:4 hesabı ilə qələbə qazanıb.Bununla da o, U-14 Liqasının 2012/2013-cü il mövsümünün qalibi olub.

Xəbər 861 dəfə oxundu.