Qətər yığmasının heyəti açıqlanıb
Mayın 29-da Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Qətər yığmasının heyəti açıqlanıb. Baş məşqçi Fəhəd Tani düşərgəyə 28 futbolçu çağırıb. Sabah Latviya, 29-da isə Azərbaycanla üz-üzə gələcək Qətər millisinə aşağıdakı futbolçular dəvət alıb:

Bilal Məhəmməd, İbrahim Əl Qanim, Qasem Burhan (hamısı “Əl Qərəfə”), Talal Əl Baluşi, Visam Rizk, Məhəmməd Kasola, Xalfan İbrahim, İbrahim Məcid, Hassan Əl Haydos, Səəd Əl Şəb, Yusuf Əhməd, Abdul Karim Hassan (hamısı “Əl Sədd”), Məcid Məhəmməd, Məhəməd Əl Sayed, Abdel-Müttalib (hamısı “Gedo”), Əhməd Süfyan, Musab Mahmud, Abdul Qədir Elias (hamısı “Əl Caiş”), Hamad Əl-Obeydi, Həmid İsmayıl, Carallah əl-Marri (hamısı “Əl Rəyyan”), Adel Lami, Əhməd Yasser Məhəmmədi, Əli Hassan Afif, Hüsseyn Əli Şihab, Xaled Müftah, Sebastyan Siria, (hamısı “Lexviya”) və Əbdüləziz Əl-Sülaytidir (“Əl Ərabi”).

Xəbər 881 dəfə oxundu.