“Barselona” mənim bu günüm və sabahımdır”
““Barselona” mənim bu günüm və sabahımdır”.- bu sözləri kataloniyalıların hücumçusu Leo Messi bildirib.

“Mən həmişə demişəm ki, özümü yalnız “Barselona”da görürəm. Mənim 2018-ci ilə kimi klubla müqaviləm var. Bizi orada çoxlu qələbələr gözləyir. Mən buna əminəm. Bizdə bir az enmə müşahidə olunurdu, amma növbəti mövsümdən biz güclü komanda ilə qayıdacağıq.

Amma mən təqaüdə çıxmazdan əvvəl sonuncu il doğma “Newells Old Boys”un uduzduqlarını qaytarmaq istəyirəm. İndi isə yalnız “Barselona” mənim bu günüm və sabahımdır”.

Xəbər 781 dəfə oxundu.