Real Beylə görə 50 milyon təklif edir
Madrid Realının rəhbərliyi Qaret Beyli transfer etmək üçün cəhdlərinə ara vermir.

İdman.com.az saytının məlumatına görə, Florentino Peres Uelsli futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır. Bundan başqa kral klubu puldan əlavə Tottenhemə daha bir futbolçu verə bilər. Bunlar Pepe, İquain, Kuentrao və Di Mariyadır.

Güman olunur ki, İngiltərə klubu ola bilsin bu təklifi rədd edsin. Onlar daha artıq məbləğ tələb edirlər. Lakin Peresin 65 milyon avro təklif edəcəyi də gözlənilir.

Xəbər 653 dəfə oxundu.