Malaqanın yeni baş məşqçisi məlum oldu
Malaqa komandasının yeni baş məşqçisi məlum olub.

İdman.com.az saytının məlumatına görə, yeni məşqçi Argentinalı Xerardo Martino olacaq. O, bu postda Manuel Pelleqrinini əvəz edəcək. Hazırda 50 yaşlı mütəxəssis Argentinanın Nyuells Old Boys komandasını çalışdırır. Martino məşqçilik karyerasına 1998-ci ildə başlayıb.15 illik karyerası ərzində yalnız Paraqvay və Argentina klublarını və Paraqvay yığmasını çalışdırıb.

Xəbər 728 dəfə oxundu.