Ciro denin 17-ci mərhələsi artıq geridə qaldı
Ciro de İtaliya veloyürüşündə mübarizə yavaş-yavaş sona yaxınlaşmaqdadır.

İdman.com.az saytının məlumatına görə,yarışın 17-ci mərhələsində isə yerli velosipedçi qələbə qazanıb.İştirakçılar son mərhələlərdə çətinliklərlə üzləşiblər. Belə ki, hava şəraitinin yağıntılı olmasına görə hətta yarışın təşkilatşıları bəzi mərhələlərdə marşrutu qısaltmağa da məcbur olmuşdular. 17-ci mərhələdə isə iştirakçılar Karavadhiodan Viçentsaya qədər olan 214 km-lik məsafəni qət ediblər. Bu mərhələnin qalibi isə İtaliyanın Moviestar komandasının üzvü Covanni Viskonti olub. O, finişə 20 km qalmış pilotinu qabaqlamağı bacarıb. Viskonti bu məsafəni 5 saat 15 dəqiqə 34 saniyəyə qət edib. Litva velosipedçisi Garmin Sharp komandasının üzvü Navardauskas liderdən 19 saniyə geri qalıb. 3-cü yerə isə Navardauskasla eyni nətic göstərən Sloveniya velosipedçisi Luka Mezgaç tutub. Qeyd edək ki, Moviestar komandasının velosipedçiləri Cirp de İtaliyanın son 3 mərhələsində qələbə qazanırlar. 2 mərhələdə Covanni Viskonti, 1 mərhələdə isə ispaniyalı velosipedçi Benyat İnçausti bütün rəqiblərini qabaqlamağı bacarıb. Ümumi hesabda isə yenə də Astana komandasının velosiopedçisi Viçentso Nibali hamıdan öndədir. İtaliyalı velosipedçi hələ ki, ən yaxın rəqibləri Avstraliyalı Kadl Evans və kolumbiyalı Riqobeto Uranı qabaqlayır.

Xəbər 806 dəfə oxundu.