Malaqa klubu əməkdaşlığın pozulduğunu elan edib
Malaqa klubu rəsmi olaraq baş məşqçi Manuel Pelleqrini ilə əməkdaşlığın pozulduğunu elan edib.

İdman.com.az saytının məlumatına görə,mütəxəssisin müqaviləsi 2 il sonra başa çatmalı idi.Manuel Pelleqrini müqavilənin pozulmasının səbəbini maliyyədə yox, idman aspektlərində gördüyünü izah edib.

Xatırladaq ki, 59 yaşlı mütəxəssis Mançester Sitinin baş məşqçi vəzifəsinə əsas namizəd sayılır.

Xəbər 756 dəfə oxundu.