Mourinyo türk futbolçu istəyir
Baş məşqçi postuna Joze Mourinyonu gətirəcək İngiltərənin “Çelsi” klubu hücum xəttini Türkiyədən alınacaq futbolçuyla gücləndirmək istəyir. Bu barədə məlumatı “The Guardian” qəzeti yayıb.

Məlumatda bildirilir ki, ingilislərin hədəfindəki futbolçu Burak Yılmazdı. Artıq “zadəganlar”ın “Qalatasaray”a sorğu göndərərək Burakın satılıb-satılmadığını öyrənmək istədiyi iddia olunur. Qəzetin məlumatına görə, Burak hələ Çempionlar Liqasında olarkən Mourinyonun diqqət mərkəzində olub. İngilis həmkarlarımızın iddiasına görə, “Çelsi” bu futbolçuya görə 20 milyon fuint-sterlinqindən keçməyə hazırdı. Ancaq onun indiyədək Türkiyədən kənarda olmaması səbəbilə bu rəqəmin çox olduğu deyilir.

Qeyd edək ki, Burak Yılmazın “Qalatasaray”la hələ 4 illik müqaviləsi var.

Xəbər 895 dəfə oxundu.