Mançester Siti Neymarı almaq fikrinə düşüb
İngiltərənin Mançester Siti klubu Santosun hücumçusu Neymarı almaq fikrinə düşüb.Real və Barselona ilə mübarizəni udmaq üçün Britaniyalılar 138 milyon avro təklif edirlər.Əgər 21 yaşlı futbolçunun keçidi baş tutarsa tarixə ən bahalı transfer kimi düşəcək.Bu məbləğin 40 milyonu Barselonaya köçürülməlidir.Belə ki, Santosun Kataloniya təmsilçisi ilə artıq ilkin razılığı mövcuddur.Qalan məbləğ isə Braziliya klubuna qismət olacaq.

Xəbər 643 dəfə oxundu.