Frank De Bur müqaviləsini yenilədi
Amsterdamın Auaks klubunun baş məşqçisi Frank De Bur müqaviləsini yeniləyib.

İdman.com.az saytının məlumatına görə, idmançının razılaşması artıq 2017-ci ilə qədər nəzərdə tutulub.

"Bu mənə lazım olan bir müqavilədir. Ailəm də, mən də burada özümüzü xoşbəxt hiss edirik. Sözləşmə qısa bir müddət ərzində imzalandı.Heç bir tərəfin narazılığı olmadı." - deyə De Bur bildirib.

Qeyd edək ki, De Burun rəhbərliyi altında Ayaks son 3 ildə Hollandiya çempionu olub.

Xəbər 803 dəfə oxundu.