Klopp mətbuata maraqlı müsahibə verib
Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp mətbuatda maraqlı müsahibə ilə yadda qalıb.

İdman.com.az saytının məlumatına görə, jurnalistləri açıqlama verən məşqçi: "Kaqava gedəndə 20 dəqiqə ərzində göz yaşları içində bir-birimizə sarıldıq".-deyə bildirib.
- Bəs, Götsenin Bavariyaya keçəcəyini biləndə də ağladız?-sualına isə
Klopp belə cavab verib: "Yox, bu, sanki ürək dayanması oldu. Gecə 6-7 futbolçunu otağıma çağırdım, çünki onların da pis olduğunu bilirdim. Uşaqlar deyirdi ki, biz daha güclü olsaydıq, o getmək fikrinə düşməzdi. Amma məsələ bunda deyil. Hər şeyi Qvardiola etdi. Bavariya Götsenin qarşısına qoydu: ya indi, ya da heç vaxt. Ona dedim ki, narahat olma, münhenlilər 1 ildən sonra da, 2 ildən sonra da sənə görə qayıdacaq. Amma onun cəmi 20 yaşı var..."

Aynurə

Xəbər 822 dəfə oxundu.