«Xəzər Lənkəran» sabah başlayacaq
Ötən gün Premyer Liqanın son turu çərçivəsində «Rəvan»ı qəbul edən «Xəzər Lənkəran»ın futbolçuları istirahətə buraxılıb. Komanda bu gün istirahət edəcək.

Kubokun final matçında «Neftçi» ilə qarşılaşacaq «Xəzər Lənkəran» hazırlıqlara sabah start verəcək. 3 gün Lənkəranda məşq edəcək komanda mayın 25-də Bakıya gələcək. Paytaxtdakı «Modern» otelində məskunlaşacaq «Xəzər Lənkəran» hazırlıqlarını davam etdirəcək.

Xəbər 1365 dəfə oxundu.