Emmanuel Ebuenin dili başına bəla oldu
“Qalatasaray”ın müdafiəçisi Emmanuel Ebuenin dili başına iş açıb.

Fildişi Sahili Futbol Federasiyası təcrübəli oyunçunu mətbuatda onların əleyhinə səsləndirdiyi fikirlərə görə cəzalandırıb. Bu səbəbdən Ebue millisinin Qambiya və Tanzaniya ilə oyunlarına dəvət almayıb. Federasiya Ebue ilə yanaşı, “Mançester Siti”də çıxış edən Kolo Tureni də eyni səbəbdən cəzalandırıb. Əsas heyət üzvləri ilə bağlı son qərarın Fildişi Sahili millisinin baş məşqçisi Sabri Lamouçi tərəfindən alındığı bildirilib.

“Qalatasaray”ın digər bir üzvü Didye Droqba da milliyə dəvət almayıb. Əsasən gənclərə üstünlük verən məşqçinin yaxın gələcəkdə nə Droqbanı, nə də Ebueni komandaya çağıracağı da gəzən xəbərlər arasındadı.

Qeyd edək ki, Fildişi Sahili yığması DÇ-2014-ün Afrika seçimləri çərçivəsində iyunun 8-i Qambiya, 16-da isə Tanzaniya ilə qarşılaşacaq.

Xəbər 776 dəfə oxundu.