Aleks Ferqyuson ən yaxşı oldu
«Mançester Yunayted»dən istefa verən və təqaüdə çıxan Aleks Ferqyuson mövsümün ən yaxşı baş məşqçisi seçilib. Premyer Liqa Məşqçilər Birliyi şotland mütəxəssisi dördüncü dəfə ən yaxşı elan edib.

Bununla bağlı keçirilən tədbirə qatılan «Mançester Yunayted»in 27 illik baş məşqçisi çıxışına zarafatla başlayıb: «Mənim üçün həqiqətən fövqəladə bir son matç oldu («Vest Bromviç»lə baş tutan son matçı nəzərdə tutur – red).. Əminəm ki, 5:5 hesabı ilə başa çatan oyunu hər kəs xatırlayacaq. Klubuma, «Vest Bromviç»ə təşəkkür edirəm. Bir yandan da bir iş bitdiyi üçün xoşbəxtəm».

Xəbər 795 dəfə oxundu.