Avroliqanın finalı Varşavada olacaq
2014/15 mövsümü üçün Avropa Liqasının final oyunu Varşava şəhərindəki Milli stadionda keçiriləcək. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Məlumatda bununla bağlı rəsmi qərar UEFA-nın mayın 23-də keçiriləcək toplantısında veriləcəyi bildirilir.

Polşa Futbol Federasiyasının prezidenti Zbiqnev Bonek məsələylə bağlı şərh verməyib.

Qeyd edək ki, Milli stadion “Avro-2012”nin açılış oyununa görə tikilib.

Xəbər 964 dəfə oxundu.