“Qəbələ” çempionluq mükafatını aldı
“Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandasının U-17 Liqasının sonuna 2 tur qalmış çempionluğunu elan etməsi barədə xəbər vermişdik. Liqanın son oyunundan – “Qəbələ” – “Xəzər-Lənkəran” matçından sonra mövsümün qaliblərinə çempionluq kuboku təqdim edilib.

Güclü yagış altında baş tutan matç “Qəbələ”nin üstünlüyü və böyükhesablı qələbəsi ilə yekunlaşıb – 9:2. Qəbələ təmsilçisinə 3 xalı gətirən qollara Ehtiram Şahverdiyev (6), Sahil Mirzəyev və Vəzir Musayev imza atıb. 9-cu qol isə lənkəranlı müdafiəçinin passivinə yazılıb – avtoqol.

Matçın ardından U-17 kubok və medallarına qovuşub. Əlavə olaraq qəbələlilər AFFA-nın hesabına Türkiyədə 1 həftəlik təlim-məşq toplanışı keçirmək hüququ əldə edib. 44 qolla U-17 Liqasının ən sərrast futbolçusu adına yiyələnən Ehtiram Şahveriyevə də xüsusi kubok təqdim olunub.

Xəbər 779 dəfə oxundu.