Çempion ilk transferini etməyə cox yaxındır
“Galatasaray” heyətinə qatmaq istədiyi Alper Potuk transferində sona yaxınlaşıb.

Keçən mövsüm “Eskişəhirspor”da oynadığı oyunla böyük komandaların diqqətini özünə çəkən Alper Potuk “Galatasaray”a transfer olmağa cox yaxındır.

Uzun müddətdir transfer üçün görüşən iki klub arasındakı danışıqlar nəhayət nəticə verib və tərəflər böyük ehtimalda anlaşıb. Artıq “Galatasaray” öz rəsmi saytından “Eskişəhirspor”lu futbolçu Alper Potuk üçün klubu ilə danışıqlara başladığını rəsmən elan edib.

Xəbər 820 dəfə oxundu.