Voleybol komandamız arenada ölkəmizi təmsil edəcək
Dünya çempionatının birinci seçmə mərhələsində iştirak edəcək voleybol üzrə Azərbaycanın kişilərdən ibarət milli komandası hazırlıqlarını davam etdirir.

Uzunmüddətli fasilədən sonra kişi komandamız ilk dəfə olaraq beynəlxalq arenada ölkəmizi təmsil edəcək.
Komanda baş məşqçi Sahib Əliyevin rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsində iştirak etmək üçün mayın 23-də Xorvatiyaya yola düşəcək.

Dünya çempionatının ilk seçmə mərhələsində mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Bosniya və Herseqovina yığma komandalarıdır.

Xəbər 881 dəfə oxundu.