“İnter”ə istirahət verildi
“İnter”ə iyunun 2-dək istirahət verilib.

İdman.com.az saytlı xəbər verir ki, komanda həmin gün Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində bir araya gələcək. 9 günlük ilk təlim-məşq toplanışı çərçivəsində "İnter" iki yoxlama oyunu keçirəcək.
Hazırlıq prosesinin ikinci mərhələsi Sloveniyada baş tutacaq. İyun ayının 14-dən 27-dək davam edəcək toplanış çərçivəsində “İnter” beş yoxlama qarşılaşması keçirəcək.

Qeyd edək ki, “İnter” bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək

Xəbər 969 dəfə oxundu.