Trapattoni Benitezə məsləhət verib
Covanni Trapattoni “Çelsi” ilə ayrılacaq Rafael Benitezə məsləhət verib. Təcrübəli mütəxəssis Benitezə “Napoli”ni uyğun görüb:

“Benitez “Napoli” üçün ən düzgün seçim olar. Həm təcrübəsi, həm də qabiliyyəti ilə Mazzarrinin yerini tezliklə unutdurar”. İspan mütəxəssisin meneceri Manuel Quillon isə mətbuata verdiyi açıqlamada bu cür bir təklifin olmadığını bildirib: “Napoli” son zamanlarda inkişaf edən bir komandadı. Təklif gələrsə, ola bilər. Amma hələ bizə rəsmi bir təklif gəlməyib”.

Xəbər 800 dəfə oxundu.