Nardaran qəsəbəsində açılış mərasimi keçirilib
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrası çərçivəsində Sabunçu rayonunun Nardaran qəsəbəsində süni ot örtüklü meydançanın açılış mərasimi keçirilib.

Açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Gənclər və İdman Nazirliyi Tikinti İdarəsinin, Sabunçu rayon İcra Hakimiyyətinın rəhbər və vəzifəli şəxsləri, Nardaran qəsəbəsinin ağsaqqalları, futbol veteranları, yeniyetmələr və gənclər iştirak ediblər.

Çıxış edən rəsmi şəxslər ölkəmizdə futbolun kütləviliyinin artmasını, idmanın müxtəlif növlərinin inkişaf etdiyini, paralel olaraq infrastrukturun müasir tələblər səviyyəsində qurulduğunu bildiriblər.

Qeyd olunub ki, açılışı keçirilən süni örtüklü meydança yeniyetmmələrin futbolla daha rahat şəkildə məşğul olmasına şərait yaradacaq. Çıxışlar zamanı rayon ağsaqqalları öz təşəkkürlərini bildirərək idmanın futbol növünün inkişafı üçün Nardaran qəsəbəsində açılmış süni ot örtüklü meydançanın yeniyetmə və gənclərimiz üçün öz faydasını verəcəyini vurğulayıblar.

Futbol meydançası ilə yanaşı inzibati binaya da baxış keçirilib. Burada idmançıların soyunub-geyinməsi, hakim və məşqçi otaqları və digər xidməti otaqlar da lazımı avadanlıqlarla təmin edilib.

Xəbər 1712 dəfə oxundu.