PSJ-nin sahibi “Real”ı təhdid etdi
PSJ-nin baş məşqçisi Karlo Ançelottinin "Real" getmək istəməsini açıqlaması klubun sahibi Nasser Əl Xelafinin narazılığına səbəb olub.

O, Fransa telekanallarından birinə açıqlamasında deyib ki, italiyalı mütəxəssislə müqavilə hələ bitməyib: “Onunla klubumuzla hələ bir illik müqaviləsi var. Bu ilin mart ayında müqaviləni müddətini uzatmaq üçün Ançelotti ilə görüşmüşdüm Ancaq o zaman "Real" ona təklif göndərmişdi. Əgər Ançelotti "Real"a getsə, biz də qanuni yollara əl atacağıq. Ançelotti buradan ayrıla bilməz. İmzaladığı müqaviləyə hörmət etmək məcburiyyətindədir".

Xelafi Ançelottinin Madrid klubu ilə artıq müqavilə imzaladığı ehtimallarının ola biləcəyini də qeyd edib: "Real" ilə ilkin müqavilə imzalamış ola bilər. Ancaq Madrid klubunun belə bir hərəkət edəyəcəyini düşünmürəm. Əgər onunla ilkin müqavilə imzalanıbsa, o zaman qanuni yolları əl atıb FİFA-ya müraciət edəcəyik”.

Xəbər 859 dəfə oxundu.