Sneyderin arvadı ulduzları Türkiyəyə gətirir
“Qalatasaray”ın ulduzu Uesley Snayderin həyat yoldaşı Yolante Kabau dizaynerlik işinə başlayıb. Kabaunun yeni kolleksiyasının təqdimatı üçün bir çox məşhurlar İstanbula səfər edəcək.

Mayın 21-də məşhur “Reina” klubda baş tutacaq gecəyə aktrisa Paris Hilton, Devid Bekhem və aktyor Antonio Banderas ilə həyat yoldaşı Melanie Griffis də qatılacaq. Bir müddətdi karyerasını yoldaşına görə dayandıran Yolante Kabau müsahibələrinin birində: “Sneyderin karyerası mənim karyeramdan daha önəmlidi”- demişdi. İndi isə o öz karyerasına bir müddət Türkiyədə davam edəcək.

Xəbər 972 dəfə oxundu.