"Türk Telekom Arena”da qalmaqal
Türkiyə Super Liqasının "Qalatasaray" - "Trabzonspor" matçı öncəsi qalmaqallı hadisə baş verib.

“Türk Telekom Arena”da oyundan əvvəl keçirilən mükafatlandırma mərasimində "Fair Play" qaydalarına əsasən futbolçularla birlikdə meydana çıxan aşağı yaş qrupu üzrə oyunçularda "Fənərbaxça" forması geyən hər hansı bir uşağın olmadığı ortaya çıxıb. Halbuki mərasimdə Türkiyə superliqasında yarışan 18 komandadan 17-nin formasını geyinən uşaqların hamısı yer alıb. Türkiyə mətbuatının iddiasına görə, mükafatlandırmadan əvvəl üzərində "Fənərbaxça"nın forması olan uşaq meydana buraxılmayıb.

Bu hadisə əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbaxça" arasındakı münasibətlərin hələ də düşmənçilik səviyyəsində olduğunu sübut edib.

Xəbər 816 dəfə oxundu.