Oleq Bloxin istefa verdi
Ukrayna çempionatının 29-cu turunun “Tavriya”ya qarşı oyunundan sonra Kiyevin “Dinamo” klubunun baş məşqçisi Oleq Bloxin istefa verib.

Bu haqda “Ukrayna futbolu” nəşri məlumat yayıb. Məlumatda bildirilib ki, matçdan sonra paltardəyişmə otağına gedən məşqçi futbolçulara klub rəhbərliyinə istefa ərizəsi yazdığını açıqlayıb.

“Dinamo”nun prezidenti İqor Surkis məsələylə bağlı danışmaq istəməyib. Klub rəhbərliyinin istefanı qəbul edib-etməyəcəyi hələlik bilinmir.

Qeyd edək ki, “Tavriya”ya məğlubiyyətdən (2:3) sonra “Dinamo” növbəti mövsümdə Çempionlar Liqasında oynamaq hüququnu itirib.

Xəbər 1148 dəfə oxundu.